...

Ekvadorda evtanaziya qanuniləşdirilir

Cəmiyyət Materials 8 Fevral 2024 04:02 (UTC +04:00)
Ekvadorda evtanaziya qanuniləşdirilir

Bakı. Trend:

Ekvadorun Konstitusiya Məhkəməsi ölkədə evtanaziyanın qanuniləşdirilməsinə səs verib.

Trend-in məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın iddiasına baxıldıqdan sonra verilib. Bu müddət ərzində Roldan süni tənəffüs aparatına qoşulub.

“Hər bir insan ağır yara və ya sağalmaz xəstəlik nəticəsində yaranan iztirablara son qoymaq imkanı da daxil olmaqla azad qərar verə bilər”, - məlumatda qeyd edilib.

Ölkənin Səhiyyə Nazirliyinə iki ay ərzində evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti