...

Metroda QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb

Cəmiyyət Materials 6 Mart 2024 09:42 (UTC +04:00)
Metroda QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin son günü Bakı metropoliteninin bütün stansiyalarında istifadəyə verilən QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb.

Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, ay ərzində 148 min 025 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb – 14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər.

Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gediş haqqına etibar edənlərin sayı artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti