...

Şamaxıda palçıq vulkanı püskürdü

Cəmiyyət Materials 9 Mart 2024 14:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxıda palçıq vulkanı püskürüb.

Trend xəbər verir ki, təbiət hadisəsi rayonun Məlikçobanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.

Palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb. Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.

Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti