...

Nyu-York metrosunda silah detektorları quraşdırılacaq

Cəmiyyət Materials 31 Mart 2024 03:14 (UTC +04:00)
Nyu-York metrosunda silah detektorları quraşdırılacaq

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhər metrosunda odlu silahları aşkar edən detektorlar quraşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Nyu-York meri Erik Adams məlumat verib.

Artıq metro stansiyalarının birində bu sistem jurnalistlərin iştirakı ilə test edilib. Şəhər bələdiyyəsinin qərarı qüvvəyə mindikdən sonra polis metro stansiyalarına səyyar skanerlər yerləşdirməyə başlayacaq. Şəhər rəhbərliyi bu addımı metroda silahlı insidentlərin sayı artdığı üçün atıb.

2022-ci ildə Nyu-York ştatının rəhbərliyi ictimai nəqliyyatda odlu silah gəzdirməyi qadağan etdi. Silah gəzdirənlərin hüquqlarını müdafiə edənlər bu qanunu Konstitusiyaya zidd hesab edərək şikayət verdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti