Bakı. Trend:
Bu gün boşanma hallarının sayı günü-gündən artır. Tək yanvar-fevral aylarında gün ərzində boşanma sayı 50-nin üstündədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, bu SOS siqnalıdır.
“Bizdə vətəndaş nikahı yoxdur, daha çox rəsmi nikahlardır. Bir çox hallarda vətəndaşlar bir-birini tanımadan tövsiyə əsasında evlənir. Komitə bununla bağlı maarifləndirmə tədbiri, ciddi bir pilot layihəsi keçirə bilər. Cütlüklər bir araya gələrək ailə institutu haqqında maariflənmələri, ailə qurduqdan sonra hansı məsuliyyətlər, öhdəliklər yaranır öyrənmələri və həmçinin, bir-birini yaxından tanıyarlar. Hətta sonda sertifikat da verilə bilər ki, artıq nikaha daxil olsunlar.
Bununla bağlı addım atılarsa, gələcəkdə öz bəhrəsini vermiş olar", - o əlavə edib