Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.06.2024 - 09.06.2024) açıqlanıb.
ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 362,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.