...

Avtobus marşrutlarına onlayn bilet satışı artıb

Cəmiyyət Materials 21 İyun 2024 10:38 (UTC +04:00)
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “biletim.az” portalı üzərindən 122 991 ədəd bilet alınıb.

Bu barədə Trend-ə AYNA-dan bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Qeyd edək ki, "biletim.az" portalı 2022-ci ilin dekabr ayından istifadəyə verilib. Portal Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti