Bakı. Trend:
Azad edilmiş ərazilərimizdəki çaylarımız ermənilər tərəfindən çirkləndirilib.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev
R. Verdiyev əlavə edib ki, bu ərazilərdəki yerli çaylarda da çirklilik normadan yüksək olur.
"Bu, əlbəttə ki, uzun illər təbii resurslardan səmərəsiz istifadə edilməsi və zərərli maddələrin, tullantıların çaylara axıdılması ilə bağlıdır. Oxçuçay və digər çaylarımızda mütəmadi olaraq monitorinqlər aparılır. Bununla Oxçuçay və digər transsərhəd çayları boyunca hidroloji məntəqələri bərpa olunub, avtomat stansiya və keyfiyyət sensorları da quraşdırılıb. Bu da bizə imkan verir ki, çaylara hər hansısa təsir varsa, ona qarşı müəyyən tədbirlər həyata keçirilə bilsin", - o əlavə edib.
Nazirlik rəsmisi onu da bildirib ki, işğaldan azad edilən ərazilər su resursları ilə zəngindir.
"Həmin ərazilərdə Həkəri, Bərgüşad, Tərtərçay kimi digər çaylarımız var. Təəssüflər olsun ki, torpaqlarımızın işğalı zamanı su resurslarımızdan tam istifadə edə bilmirdik. Ümumən götürdükdə azad olunmuş ərazilərdəki su ehtiyyatı suvarmada və digər sahələrdə su təminatına imkan verəcək. Torpaqlarımız azad edildikdən sonra imkan yarandı ki, həmin bölgənin və qonşu ərazilərin su təchizatında oranın çaylarından istifadə edək", - deyə o qeyd edib.