...

Xaçmazda növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2025 16:36 (UTC +04:00)
Xaçmazda növbəti vətəndaş qəbulu keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayəndənlərinin iştirakı ilə rayon sakinlərinin fərdi qaydada müraciət və təkliflərini dinləyib.

Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib. Müraciətlər məşğulluq, səhiyyə, su, qaz və digər sahələri əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti