...

Rostovda Azərbaycan klubu fəaliyyətə başlayıb

Cəmiyyət Materials 25 Fevral 2025 14:45 (UTC +04:00)
Rostovda Azərbaycan klubu fəaliyyətə başlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində fəaliyyət göstərən Don Dövlət Texniki Universitetində Azərbaycan klubu yaradılıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Rostov Regional bölməsinin fəalları və Don Dövlət Texniki Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Klubun həm Azərbaycanlı tələbələr, həm də Azərbaycan mədəniyyəti və ənənələrinə daha yaxından bələd olmaq istəyənlər arasında birliyi, həmrəyliyi təşviq edəcəyi, onlar arasında əlaqələrin, təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti