...

Səhiyyə naziri Təftiş Komissiyasının işinin başa çatacağı tarixi AÇIQLADI

Cəmiyyət Materials 15 Mart 2025 16:03 (UTC +04:00)
Səhiyyə naziri Təftiş Komissiyasının işinin başa çatacağı tarixi AÇIQLADI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə birgə təftiş komissiyası təşkil olunub.

Trend xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev məlumat verib.

O bildirib ki, Komissiyanın artıq 9 iclası baş tutub:

"Demək olar ki, əksər sənədlərini təqdim etmiş mütəxəssislərlə görüşlər keçirilib. Onların sənədləri təftiş olunub. Komissiyanın aprelin əvvəlində işi başa çatacaq. Səhiyyə Nazirliyi bununla bağlı rəsmi açıqlama verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti