Bakı. Trend:
İslamofobiya təzahürü müasir dünyada genişlənməkdədir. 11 sentyabr hadisələrindən sonra xüsusilə güclənib.
Trend xəbər verir ki, bunu ICESCO-nun Hüquqi İşlər və Beynəlxalq Standartlar Departamentinin direktoru Məhəmməd Hedi Şili "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda baş tutan “Siyasətdə Müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və yenilik strategiyası" adlı panel müzakirədə deyib.
O bildirib ki, xüsusilə KİV-də yayılma və süni intellektdən istifadə ilə bu təzahür daha böyük miqyas alır:
“Bu gün 39 faiz müsəlman rəhbər vəzifələrdə diskrimansiyaya məruz qalır. 35 faiz müsəlman mənzil və kirayə məsələrindən kənarda qalır, bu göstərici 22 faiz artıb. 45 faiz müsəlman qadın hicabdan istifadə etdiyinə görə vəzifə ayrı-seçkiliyinə məruz qalıb. Bütün bu rəqəmlər əhəmiyyətli sual yaradır: hüquqi mexanizmlər bu göstəricilərin qarşısını almaqda acizdirmi? Biz müxtəlif istiqamətlərdə təhdidləri müşahidə edirik”.
O qeyd edib ki, bəzi Avropa dövlətləri özündə müsəlmanlara qarşı maddələri əks etdirən qanunlar qəbul edir. Bunlar Avropa Şurasından qərarlarından tutmuş Avropa İttifaqının qərarlarına qədər özünü göstərir.