...

Qarabağ Universitetinin mətbuat katibi işindən ayrıldı

Cəmiyyət Materials 5 Avqust 2025 15:41 (UTC +04:00)
Qarabağ Universitetinin mətbuat katibi işindən ayrıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva vəzifəsindən ayrılıb.

Trend xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.

"Bu günlərdə Qarabağ Universitetində çıxdığım yolu tamamladım.

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi keçirdiyim bu bir il, sadəcə iş ili deyil, həm də tarix yazılan bir dönəmin canlı şahidi olmaq demək idi.

Qarabağın yenidən dirçəlişində, Qarabağ Universitetinin sıfırdan qurulmasında – o ilk addımlarda – bir damla da olsa izim olduğu üçün özümü olduqca xoşbəxt hiss edirəm.

Bu quruculuq prosesi mənim üçün sadəcə bir iş deyil, dərin bir duyğu, vətənə bağlılığın əyani təzahürü idi.
Dostlar, əminəm ki, yenidən görüşəcəyik. Bütün yol yoldaşlarıma, bu yolda mənə inanan hər kəsə sonsuz təşəkkür edirəm",- deyə o paylaşımda qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti