...

Azərbaycanda 39 qeyri-islam dini icması fəaliyyət göstərir - Gündüz İsmayılov

Cəmiyyət Materials 13 Noyabr 2025 14:00 (UTC +04:00)
Azərbaycanda 39 qeyri-islam dini icması fəaliyyət göstərir - Gündüz İsmayılov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda 38 qeyri-islam dini icması fəaliyyət göstərir və bu kilsə onların arasında 39-cu olaraq qoşulub.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət qeydiyyatına alınan bütün dini icmalara olduğu kimi, bu kilsənin də fəaliyyətinə hüquqi çərçivədə dəstək veriləcək.

"Bu dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən sonuncu qeyri-islam dini icmadır. Kilsə 2024-cü ilin iyul ayında dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. Açılış mərasimi ölkədə vicdan azadlığının bariz nümunəsi kimi qiymətləndirilib.

İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin ölkəmizdə rəsmi qeydiyyata alınaraq sərbəst fəaliyyət göstərməsi Azərbaycanda dini müxtəlifliyə, tolerantlığa və multikultural dəyərlərə verilən önəmin göstəricisidir"-, deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti