...

Herontoloji Mərkəzin fəaliyyəti Qocalar evindən nə ilə fərqlənir? - Səhiyyə Nazirliyi açıqlayır

Cəmiyyət Materials 3 Dekabr 2025 16:23 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Ölkəmizdə aparılan davamlı sosial islahatlar nəticəsində həssas əhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahıl şəxslərin sosial müdafiəsi və hərtərəfli dövlət qayğısı ilə əhatə olunur”.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi əsasən yaşlı insanlara daha ixtisaslaşmış və keyfiyyətli tibbi yardım göstərmək məqsədilə yaradılıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi isə ahıl şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün yaradılıb.

N. Əhmədova qeyd edib ki, mərkəzin həkimləri dünya praktikasını öyrənirlər, Azərbaycanda da tətbiq etmək məqsədilə, mütəmadi olaraq xarici və yerli konfranslarda, seminarlarda və kurslarda iştirak edirlər:

“Mərkəz herontologiya elminin öyrəndiyi spesifik yaşa uyğun dəyişikliklərin əsasında üzə çıxan problemlərin həll edilməsi məqsədilə müxtəlif dövlət və qeyri-hökümət qurumları ilə birgə elmi araşdırmalar aparır. Yaşlı insanların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün art terapiya ilə məşğul olan qurumlara yönləndirir, ambulator xidmətlər göstərirərək əhalinin sağlamlığının profilaktikasını və qorunmasını təşkil edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti