...

BDYPİ-dən icazəsiz yerlərdə dayanan sürücülərə MÜRACİƏT

Cəmiyyət Materials 13 Fevral 2026 09:02 (UTC +04:00)
BDYPİ-dən icazəsiz yerlərdə dayanan sürücülərə MÜRACİƏT
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının təhlükəsizliyi, eləcə də nəqliyyat vasitələrinin fasiləsiz axını üçün mühüm əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

Müşahidələr göstərir ki, xüsusilə paytaxt yollarında sürücülərin nəqliyyat vasitələrini icazə verilməyən yerlərdə, o cümlədən yolun ikinci hərəkət zolağında saxlaması hallarına tez-tez rast gəlinir. Bu cür məsuliyyətsiz davranış yolun bir hissəsində süni sıxlıq yaradır, hərəkət intensivliyini azaldır, nəqliyyat axınını ləngidir və nəticədə tıxacların yaranmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək bildirir ki, nəqliyyat vasitələrinin dayanması və durması yalnız icazə verilən yerlərdə həyata keçirilməlidir.

Unutmayaq ki, təhlükəsiz yol hərəkəti hər birimizin məsuliyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti