Bakı.Trend:
Ötən il komitə tərəfindən erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində bildirib.
Onun sözlərinə görə,ötən il 81 uşaq təhsilə cəlb edilib:
"2025-ci il ərzində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin
xidmətlərindən bəhrələnənlərin sayı 29746 nəfər olub.
UADM əməkdaşları tərəfindən 1159 ailəyə səfər edilib. Bu səfərlərin
560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə
mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə
bağlı olub".
