...

Ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb

Cəmiyyət Materials 13 Fevral 2026 15:18 (UTC +04:00)
Ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Naxçıvanda 6 erkən nikahın qarşısı alınıb.

Trend xəbər verir ki, bunu Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində bildirib.

Onun sözlərinə görə, komitəyə daxil olan məlumata əsasən, Babək rayonunda 9, Kəngərli rayonunda 1 uşaq olmaqla, ümumilikdə, 10 uşaq əməyi istismarının qarşısı alınıb:

“Muxtar respublika ərazisində ailə-məişət zəmnində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan və komitəyə daxil olan müraciətlərlə əlaqədar 98 münaqişəli ailə ilə görüşlər keçirilib. Ailələrlə geniş profilaktiki söhbətlər aparılıb. Ərazi polis orqanları tərəfindən qeydiyyata götürülmüş 46 münaqişəli ailədən 12-si münaqişə dayandığı üçün profilaktiki və digər tədbirlər sonlandırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti