...

GƏNCLƏR TƏŞKİLATININ RƏHBƏRİ DÖVLƏT KOMİTƏSİNƏ BİRİNCİ MÜAVİN TƏYİN OLUNUB

Cəmiyyət Materials 26 Avqust 2005 19:36 (UTC +04:00)

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) Məclis sədri vəzifəsində çalışmış və eyni zamanda Dini Araşdırmalar Mərkəzinin rəhbəri olan Elçin Əsgərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə birinci müavin vəzifəsinə təyin olunub. Bu barədə Trend ə Gənclər Təşkilatları Milli Şurasından məlumat verilib.

Milli Şura bu təyinatı son zamanlar ölkədə gənclərə göstərilən diqqət və qayğının bəhrəsi kimi qiymətləndirib. Qurumun kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə gənc və peşəkar kadrların üzə çıxarılması, müvafiq dövlət orqanlarında mühüm əhəmiyyət kəsb edən vəzifələrə yerləşdirilməsi əhəmiyyətli addım kimi qeyd olunub. Bütün bunların prezident İlham Əliyevin gənclərlə bağlı apardığı işlərlə əlaqədar olduğu vurğulanıb.

Qeyd edək ki, 10 ildir fəaliyyət göstərən GTMŞ hazırda 63 gənclər təşkilatlarını birləşdirən yeganə gənclər platformasıdır. 1997-ci ildən Avropa Gənclər Forumunun tam hüquqlu, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi hüquqlu üzvüdür.

Xəbər lenti

Xəbər lenti