...

Qrossmeyster Azər Mirzəyev Madriddə keçirilən turnirdə qalib gəlib

Cəmiyyət Materials 8 Noyabr 2005 15:45 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Azər Mirzəyev İspaniyanın paytaxtı Madriddə başa çatmış "Madrilena" beynəlxalq turnirin qalibi olub.

Trend in xəbər verdiyi kimi, o, yarışın əvvəlindən liderliyi öz əlinə alaraq ilk yeddi mərəhələdən sonra aktivinə 4,5 bal yazdırıb. Növbəti üç görüşdə heç-heçə oynayan şahmatçımız son mərhələdə boliviyalı Alfredo Kruzonu məğlub edərək 12 şahmatçının iştirak etdiyi yarışın qalibi olub.

Qeyd etmək lazımdır ki, bu mövsüm A.Mirzəyev üçün uğurlu olub. O, bir neçə dəfə iri yarışlarda mükafat qazanıb. Sonuncu turnirdə isə qalib gələrək öz ustalığını bir daha sübut edib.

Xəbər lenti

Xəbər lenti