"Qala" klubunun basketbolçusu Camel Patrik Bredli Challenge Cup turnirinin davam edən qrup matçlarında "Ən yaxşı assistent" nominasiyasında liderlik edir.
Trend in xəbər verdiyi kimi, statistik hesablamalara əsasən, amerikalı legioner tərəfdaşlarına görüş ərzində orta hesabla 10 dəfə assistentlik edir. Bu, Avropa Kubokunun iştirakçıları arasında ən yaxşı göstəricidir. İkinci yerdə "Debretsen" klubunun oyunçusu Deri Kleytdir. O, Bredlidən 3 xal geri qalır.
Qeyd etmək lazımdır ki, "Challenge Cup" matçları zamanı amerikalı özünü müsbət cəhətdən göstərib. Ötən mövsüm o, Litva birinciliyinin birinci liqasında çıxış edən "Şilut"da oynayıb və ilin 3 ən qiymətli oyunçuları sırasına daxil olub.