...

Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd edirlər

Cəmiyyət Materials 7 Yanvar 2006 13:08 (UTC +04:00)

Azərbaycanda yaşayan pravoslav xristianlar xristianların müqəddəs bayramı -Milad bayramının qeyd edirlər. Bakı Xəzəryanı yeparxiyasından Trend ə verilən məlumata görə, bayram münasibətilə Bakının bütün kilsələrində dini ibadətlər keçirilir.

Azərbaycanda yaşayan pravoslav xristianlar yeniləşmənin, sakitliyin, şəfqət və mərhəmət bayramı hesab edilən İsanın anadan olduğu gündə Azərbaycanda sabitlik və sülhün bərqərar olması arzusu ilə dua edirlər.

Qeyd edək ki, Milad bayramı münasibətilə Azərbaycanda yaşayan pravoslav xristianları Azərbaycan prezidenti İlham Əliyev də təbrik edib, onlara və onların ailələrinə xoşbəxtlik və sakitlik arzulayıb.

Dövlət başçısı pravoslav xristianların Azərbaycanda demokratik cəmiyyətin quruculuğunda rolunu xüsusi qeyd edib. Bu gün dünyada tolerantlıq nümunəsi kimi məşhur olan Azərbaycanda milli-dini ayrı-seçkiliyə heç vaxt yol verilməyib. Məktubda bildirilir ki, burada yaşayan bütün xalqlar öz dillərini və mədəniyyətlərini, dini etiqadlarını, milli adət və ənənələrini qoruyub saxlayıb və inkişaf etdiriblər.

Xəbər lenti

Xəbər lenti