...

Hüseyn Bağırov: "Şamaxıda ağacları qıranlara qarşı ciddi tədbirlər görüləcək"

Cəmiyyət Materials 14 Mart 2006 16:51 (UTC +04:00)

Şamaxı ərazisində ağacların qırılması ilə bağlı hüquq-mühafizə orqanlarına lazımi müraciətlər olunacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazir qeyd edib ki, məsələ ilə bağlı artıq onlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

"Bu proses heç də kütləvi xarakter daşımasa da, qarşısı alınmalıdır" - deyən H.Bağırov qanunsuz olaraq meşə təsərrüfatını məhv edən insanlara qarşı ölçü götürüləcəyini qeyd edib.

Nazir onu da vurğulayıb ki, ötən ildə bu məsələ ilə bağlı 300-dən artıq meşə təsərrüfatı işçisi tutduğu vəzifədən azad edilib. Onların arasında 26 məsuliyyətli şəxsin olduğunu deyən H.Bağırov təşkilatlanmaya da yenidən baxılacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti