...

Akkan Suver: "Dünya Azərbaycanlılarının II qurultayı bütün türk dünyasının bayramı olub"

Cəmiyyət Materials 17 Mart 2006 13:04 (UTC +04:00)

Martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayı bütün türk dünyasının bayramı olub. Trend xəbər verir ki, bu barədə martın 17-də Türkiyənin Mərmərə Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver keçirdiyi mətbuat konfransında bildirib.

A.Suver bildirib ki, mətbuat konfransını keçirməkdə əsas məqsəd sözügedən qurultayda dövlət başçısı İlham Əliyevin məntiqli çıxışı olub: "Qurultada iştirak etmək üçün dünyanın dörd bir tərəfindən gələn nümayəndələrin bir ağrısı - Dağlıq Qarabağ problemi olub. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı ermənilərə mesajı onları düşündürməlidir". Türkiyənin Mərmərə qrpunun rəhbəri qeyd edib ki, Azərbaycanın dövlət başçısı erməniləri işğalçı siyasətdən əl çəkməyə, ağıla, şüura və beynəlxalq hüquqlara riayət etməyə çağırıb: "Əgər Ermənistan bu çağırışa əməl etməsə, onda onu ağır nəticələr gözləyəcək".

İlham Əliyevin sözügedən qurultayda ermənilərə əxlaq dərsi verdiyini deyən A.Suver onu da vurğulayıb ki, dövlət başçısının siyasəti nəticəsində Azərbaycan Avrasiyada lider ölkəyə çevriləcək.

Xəbər lenti

Xəbər lenti