...

82.200 ABŞ dolları rüşvət almış hərbçilər barədə məhkəmə hökmü çıxarılıb

Cəmiyyət Materials 22 Mart 2006 18:07 (UTC +04:00)

Martın 22-də Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsində hakim Qürbət Əsgərovun sədrliyi ilə Silahlı Qüvvələrin18 hərbçisinin məhkəməsi hökmün elanı ilə yekunlaşıb. Bu barədə Trend ə hakim Q.Əsgərov məlumat verib.

Məhkəmə hesab edib ki, 18 nəfər zabit 2001-2004-cü illərdə hərbi xidmət çağırışçılarından rüşvət almaqla onları hərbi xidmət keçməkdən yayındırıb. Hakim çıxışında qeyd edib ki, 54 çağırışçını bu yolla hərbi çağırışdan yayındıran hərbçilərin ümumilikdə 82.200 ABŞ dolları məbləğində rüşvət alması məhkəmədə dinlənilən şahid ifadələri və işdə olan digər sübutlarla təsdiqlənib.

Qeyd edək ki, sabiq hərbçilərə qarşı vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma əməllərinə görə ittihamlar da irəli sürülmüşdü.

Məhkəmə tərəfindən hərbçilərin 15 nəfəri barədə 2 ildən 8 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası, 3 nəfəri barədə isə şərti maliyyə vahidinin 2000 mislindən 4000 mislinə qədər cərimə tutulmasına dair hökm çıxarılıb.

Xəbər lenti

Xəbər lenti