...

Azərbaycanın turizm imkanları BƏƏ-də təqdim olunacaq

Cəmiyyət Materials 29 Mart 2006 15:03 (UTC +04:00)

Azərbaycanın turizm imkanları aprelin 2-3-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə eyniadlı təqdimatın keçiriləcəyi mərasimdə təqdim olunacaq. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Baş İdarəsinin beynəlxalq şöbəsinin rəisi Aydın İsmiyevin Trend ə verdiyi məlumata görə, təqdimat mərasimi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin aprelin 1-3-də qarşıdakı səfəri çərçivəsində təşkil olunacaq.

A.İsmiyevin sözlərinə görə, Nazirlik BƏƏ-nin 3 şəhərində- Əbu-Dabi, Dubay və Əcmanda biznes-forumlar keçirməyi planlaşdırır.Biznes-forumların gedişində hər iki ölkənin iş adamları əməkdaşlığın perspektivolərini müzakirə edəcəklər.

Azərbaycanın mədəniyyət və turizm naziri ayrı-ayrı əmirliklərin rəsmi şəxsləri ilə görüşlər keçirməyi və onları Azərbaycanla əməkdaşlığa dəvət etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti