...

Terri Devis: Böhtana görə cinayət təqibini ləğv etmək lazımdır

Cəmiyyət Materials 2 May 2006 20:45 (UTC +04:00)

''Mən Avropa Şurası ölkələrini öz qanunvericiliklərinə yenidən baxmağa, bəzi cinayət normalarından imtina edərək, jurnalistlərə münasibətdə mülki işlər üzrə əndazəsiz kompensasiyalara yol verməməyə çağıram" - deyə Avropa Şurasının baş katibi Terri Devis mayın 2-də Ümumdünya mətbuat azadlığı günü münasibətilə bildirib.

Trend agentliyinin məlumatına əsasən, bəyatda deyilir ki, Avropa Şurası 46 üzv ölkəsində adətən jurnalistlərə qarşı zor tətbiq olunmur, lakin bu o demək deyil ki, onlar öz vəzifələrini yerinə yetirərkən heç bir maneə ilə üzləşmirlər.

"İnsan haqları üzrə Avropa sazişinə əsasən, hakimiyyət nümayəndələri söz azadlığı məsələlərində maksimal dərəcədə təmkinli olmalıdır, lakin sənədin bu bəndləri çox zaman nəzərə alınmır" - deyə T.Devis qeyd edib.

"Bəzi jurnalistləri hədələməklə, digərlərini isə pul vasitəsilə susmağa məcbur etmək mümkündür, lakin nəticə eynidir. KİV-siz demokratiya mümkün deyil" - deyə T.Devis vurğulayıb.

Onun dediklərinə görə, AŞ ölkələrinin üçdə ikisində böhtana görə sanksiyalar tətbiq olunur və bu qanunlar əksər halda tənqidin susdurulması məqsədi güdür.

Xəbər lenti

Xəbər lenti