...

Gimnast Teymur Şahlamazov Avropa çempioanatında öz çıxışlarını başa çatdırıb

Cəmiyyət Materials 8 May 2006 14:46 (UTC +04:00)

Teymur Şahlamazov Yunanıstanda başa çatan idman gimnastikası üzrə Avropa çempionatının 2-ci mərhələsinə kimi çatıb.

Milli Federasiyanın (AGF) mətbuat xidmətindən Trend ə verilən məlumata görə, atlet ilk dəfə olaraq qitə birinciliyində 45 idmançının iştirak etdiyi birinci mərhələni uğurla adlayaraq qrupun ikinci yarımqrupuna düşüb. Güclülər qrupunda iştirak edən idmançı14.6 bal əldə edərək yüksək nəticə nümayiş etdirib. Ümumilikdə, T.Şahlamazov çoxnövlülük üzrə 66.6 bal toplayaraq Avropa çempionatının 141 iştirakçısı arasında 43-cü yeri tutub.

Qeyd etmək lazımdır ki, şəxsi hesabda T.Şahlamazov Rusiyanın, Rumıniyanın və Bolqarıstanın, eləcə də, Gürcüstan və Ermənistanın bir sıra nüfuzlu idmançılarını geridə qoyub. Qaliblərə gəldikdə isə, komandalar arasında ən yüksək yeri Rusiya, ayrı-ayrılıqda isə Rusiya, Rumıniya, Sloveniya və yunan gimnastları tutub.

Xəbər lenti

Xəbər lenti