...

Bakıda islam ailəsində gender bərabərliyi müzakirə olunur

Cəmiyyət Materials 12 May 2006 14:50 (UTC +04:00)

İslam ailəsində gender bərabərliyi məsələsi Bakıda keçirilən "İslamda dəyişən ailələr və gender bərabərliyinin perspektivləri" məsələsi müzakirə olunur. Bu barədə Trend məlumat verib. Konfransın təşkilatçıları Dini Qurumlarla və Ailə, qadın və uşaqların problemləri üzrə dövlət komitələri, eləcə də BMT-nin Əhali Fondudur.

Konfrans 15 May- Ümumdünya Ailə gününə həsr olunub.

Azərbaycanda nigahdankənar birgəyaşayış və ya xaricdə işləyən miqrantların nigahları kimi alternativ birlik formaları getdikcə daha geniş yayılır. Ailə, qalın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda bəyan edib ki, boşanmaların və ailələrdə yaşamayan uşaqların sayı da artır. Azərbaycan ailəsinin ənənəvi modelini saxlamaq zəruridir.

Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri R.Əliyevin sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, cəmiyyətin problemlərini dini dəyərlər vasitəsilə həll etmək mümkün deyil. O, bu yolla bu problemlərin yalnız bir hissəsinin həll edilməsinin mümükünlüyü, yerdə qalan böyük hissəsinin isə həll edilməmiş qalacağını bildirib. Azərbaycan cəmiyyətində qanunsuz birgəyaşayış hallarına və erkən nigah hallarına hələ də rast gəlmək mümkündür.

QHT və dövlət strukturları nümayəndələrinin iştirak etdiyi konfransda bu sahədə problemlərin həllinə baxılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti