...

Azərbaycanın ədliyyə naziri Koreya Respublikasının Bakıdakı səfiri ilə görüşüb

Cəmiyyət Materials 19 May 2006 19:51 (UTC +04:00)

Mayın 19-da Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Koreya Respublikasının Bakıdakı səfiri Ryu Qoan Çolla görüşüb. Ədliyyə nazirinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, F. Məmmədov koreyalı diplomata son illərdə Azərbaycanda baş verən demokratik dəyişikliklərdən, o cümlədən, hüquq və digər sahələrdəki islahatlardan danışıb.

Nazir Cənubi Koreya prezidentinin Azərbaycana səfərinə yüksək qiymət verib və imzalanan razılaşmaların əhəmiyyətini qeyd edib.

Fikrət Məmmədov həmçinin, 2004-cü ilin sentyabrında Prokurorların Beynəlxalq assosiasiyasının İcraiyyə Komitəsinin illik konfransında məruzə ilə çıxış etdiyi Seula səfərini xatırladıb. Fikrət Məmmədov Cənubi Koreyanın ədliyyə nazirini Azərbaycana səfərə dəvət edib.

Öz növbəsində, səfir Ryu Qoan Çoll Koreya Respublikası ilə Cənubi Koreya arasında əlaqələrin inkişafını dəstəkləməyə hazır olduğunu bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakiər ediblər.

Xəbər lenti

Xəbər lenti