...

Azərbaycanın təhsil naziri iranlı tələbələrin problemlərini həll edəcəyinə söz verib

Cəmiyyət Materials 22 May 2006 18:58 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov Azərbaycanın ali məktəblərində təhsil aran iranlı tələbələrin problemlərini həll edəcəyini vəd edib. Nazirlikdən Trend ə verilən məlumata görə, bu tələbələrin problemləri nazirin bu tələbələrlə görüşü zamanı müzakirə olunub.

Görüş İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin iştirakı ilə keçirilib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 400-ə yaxın iranlı tələbə təhsil alır və onlardan yalnız 6-ı dövlət xətti ilə bu ölkəyə təhsil almağa gəlib.

Çıxış edən iranlı tələbələr nazirə dərsliklər, yataqxanalar və laboratoriyalarla təmin olunmaqla bağlı problemlərindən danışıblar. Nazir bu problemlərin həllinə yardım etməyə hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti