...

Azərbaycanın taekvando üzrə yeni Avropa çempionu var

Cəmiyyət Materials 30 May 2006 15:57 (UTC +04:00)

Bonnda başa çatmış taekvando üzrə Avropa çempionatında Azərbaycan yığması 1 qızıl, 3 gümüş və 1 bürünc mükafat qazanıb.

Trend in xəbər verdiyi kimi, yarışın ilk günlərində Şahrun Yusifova (47 kq) və Zahid Məmmədovun (54 kq) ikinci, Təvəkkül Bayramovun (84 kq) isə 3-cü yerdə qərarlaşmasından sonra 62 kq dərəcəsində qalib adına İlkin Şahbazov layiq görülüb. Yarışın finalında o, Danimarkanı təmsil edən Çineyt Həmidi məğlub edib. Yarışın sonuncu günü uğur Afina Olimpiadasının iştirakçısı Rəşad Əhmədovun da üzünə gülümsəyib və o, gümüş medala sahib olub. Həlledici döyüşdə atlet hollandiyalı Ciz Lyutikusa yenilib.

Qeyd etmək lazımdır ki, ümumi hesabda Azərbaycan kollektivi 5-ci yeri tutub, yarışın qalibi isə ispanlardır.

Xəbər lenti

Xəbər lenti