...

Bakıda travmalara nəzarət və bədən zədələrənin qarşısının alınmasına həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 16 İyun 2006 13:03 (UTC +04:00)

Trend in verdiyi xəbərə görə, iyunun 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyində travmalara nəzarət və bədən zədələrənin qarşısının alınmasına həsr olunmuş konfrans keçirilib.

Tədbir Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən reallaşdırılan "Təcili tibbi yardımın inkişaf etdirilmə təşəbbüsü üzrə proqram"ın həyata keçirilməsinə həsr olunub. Konfrans iştirakçıları təcili tibbi yardım məntəqələrinin işinin gücləndirilmə məsələlərini müzakirə ediblər.

Səhiyyə nazirinin müavini Sənan Kərimov bütün respublikada ilk tibbi yardımın keyfiyyətinin artırılmasının zəruriliyini xüsusi şəkildə qeyd edib və bildirib ki, son 6 il ərzində bu istiqamətdəki tədbirlər üğürla həyata keçirilir.

Öz növbəsində, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə tibbi yardımın dörd mərhələsinin olduğunu qeyd edib: təcili, həkiməqədər, təkmilləşdirilmiş və xüsusiləşdirilmiş. F.Tağızadənin sözlərinə görə, əhalinin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və buna da Azərbaycan Respublikasının Təhsil nazirliyinin fəal işi nəticəsində nail olmaq olar.

Qeyd edək ki, bu proqram respublikanın Səhiyyə və Fövqəladə hallar nazirliklərinin fəal dəstəyi ilə ABŞ qeyri-hökümət təşkilatı - Beynəlxalq tibb korpusu tərəfindən həyata keçirilir.

Chevron, Amerada Hess, BP, SCP, Engender Health və IMC şirkətləri də proqrama maliyyə dəstəyi göstərir.

Xəbər lenti

Xəbər lenti