...

Ekologiya Nazirliyi Kür çayının civə tullantıları ilə çirkləndirilməsi faktı üzrə operativ tədbirlərə başlayıb

Cəmiyyət Materials 22 İyun 2006 19:56 (UTC +04:00)

Kütləvi informasiya vasitələrində Ermənistanın Alaverdi bölgəsində Xram çayına tökülən civə tullantılarının Gürcüstan ərazisində Kür çayına qovuşduğunu müəyyən etdikləri barədə yayılan məlumatla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlarla birgə operativ tədbirlər görməyə başlayıb.

Trend agentliyi nazirliyə istinadən xəbər verir ki, bu səbəbdən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Ətraf Mühitin Çirklənməsi Monitorinq Mərkəzinin Qazax Regional laboratoriyası 24 saatlıq iş rejiminə keçib. Ona hər 3 saatdan bir Kür çayından nümunələrin götürülərək təhlil etmək və nəzarət nümunəsinin Bakı şəhərinə, Ətraf Mühitin Çirklənməsi Monitorinq Mərkəzinə çatdırımaq tapşırılıb.

Azərbaycan ərazisindən keçən çaylarda transsərhəd çirklənmənin səviyyəsinə nəzarət məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2005-ci ildə Qazax (Kür çayı) və Beyləqan rayonlarında (Araz çayı) müasir tələblərə cavab verən regional laboratoriyalar təşkil olunub.

Xəbər lenti

Xəbər lenti