...

UEFA –nın müfəttişi Murad Məmmədov assosiasiya kubokunun oyununda iştirak edəcək

Cəmiyyət Materials 24 Avqust 2006 15:25 (UTC +04:00)

UEFA -nın müfəttişi Murad Məmmədov assosiasiya Kubokunun ikinci raundunun avqustun 24-də Türkiyədə keçiriləcək "Kayserispor" və "Tirana" arasında cavab oyununda iştirak edəcək.

AFFA-dan Trend ə verilən xəbərə görə, bu qarşılaşmada Estoniyanın hakim briqadası hakimlik edəcək və onlar cütlüyün qalibini müəyyən edəcək. M.Məmmədov oyundan əvvəl stadionu, soyunma otağını və hakimlərin otağını, tamaşaçılar üçün tribunu, eləcə də meydanda təhlükəsizliyin təmin edilməsi üzrə tədbirləri gözdən keçirməlidir.

Qeyd etmək lazımdır ki, görüş ərəfəsində mütəxəssislər "Kayserispor"a üstünlük verir. Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıxov da bu yaxınlara qədər həmin klubda çıxış edirdi. Türklər ilk səfər oyununda albanlara 2:0 hesabı ilə qalib gəlib və indi "Tirana" iki top fərqini arada qaldırmaq üçün əlindən gələni etməlidir.

Xəbər lenti

Xəbər lenti