Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması, Qra-Prinin seçmə turnirinin ikinci mərhələsində uğursuz oyun göstərməsinə baxmayaraq, final altılığına düşmək şansını qoruyub saxlayıb.
Trend xəbər verir ki, iki oynanılmış mərhələdən sonra Faiq Qarayevin yetirmələri yeddi xal yığıb və Tailand, Koreya və Polşanı qabaqlayaraq, cədvəldə doqquzuncu yerdə dayanıb. Bu halda komandanı beşinci yerdən üç bal ayırır və kollektiv bu fərqi aradan qaldıra bilər. Lakin bunun üçün voleybolçularımız həm son üç oyunda maksimal sayda xal toplamalı, həm də liderlərin müvəffəqiyyətsiz çıxış edəcəklərinə ümid etməlidirlər.
Qeyd etmək lazımdır ki, yüz faiz nəticə göstərən Braziliya, demək olar ki, vaxtından əvvəl finaldakı yerini təmin edib.