Oktyabrın 7-8-də Bakıda MDB dövlətlərinin mədəni əməkdaşlıq Şurası ekspertlərinin toplantısı keçiriləcək.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən Trend ə verilən məlumata görə, ekspertlərin Bakı görüşündə MDB dövlətlərinin mədəni əməkdaşlıq Şurasının oktyabrın 9-10-da Bakıda keçiriləcək XXI iclasının gündəliyinin müzakirəsi və razılaşdırılması planlaşdırılır.
Ekspertlər nazirlərin müzakirəsinə çıxarılacaq, uzunmüddətli əməkdaşlıq üzrə birgə layihələrin gerçəkləşdirilməsinin konsepsiya və mexanizmlərini də müzakirə etməlidir. İclasda mədəni əməkdaşlığın inkişafı perspektivlərinin, mədəni irsin və müəllif hüquqlarının qorunması və digər məsələlərin müzakirəsi də planlaşdırılır.