...

Azərbaycan qrossmeystrı Şəhriyar Məmmədyarov hesab edir ki, Mixail Talın memorialında aşkar favorit yoxdur

Cəmiyyət Materials 7 Noyabr 2006 12:52 (UTC +04:00)

"Mixail Talın memorialında aşkar favorit yoxdur və bütün şahmatçılar qələbə üçün mübarizə aparacaqlar". Bu haqda Azərbaycan qrossmeystrı Şəhriyar Məmmədyarov iştirakçıların qələbəyə şansını şərh edən Rusiya KİV-nə verdiyi müsahibədə bildirib. O qeyd edib ki, Mixail Talın adını daşıyan yarışda oynamaq onun üçün böyük şərəfdir. Ş.Məmmədyarov qeyd edib: "Onun partiyası mənim həmişə xoşuma gəlib. Səmimii etiraf etsəm, onun öz mövqeyi uğrunda oyununu xatırlaya bilmirəm, həmişə hücumlar, qurbanlar, təşəbbüs göstərmək üçün mübarizə aparır. Hətta o məğlub olurdusa, onda maraqlı məğlub olurdu. Mən də həmişə aktiv oynamağa çalışıram".

Xatırladaq ki, birinci tur çərçivəsində gənclər arasında ikiqat dünya çempionu ispan Aleksey Şirovla heç-heçə oynayıb.

Xəbər lenti

Xəbər lenti