...

"İnterpol"un Bakı Bürosunun rəisi Məmməd Mikayılov Hacı Məmmədovun məhkəməsində dindirilib

Cəmiyyət Materials 14 Noyabr 2006 19:00 (UTC +04:00)

Noyabrın 14-də Hacı Məmmədovun məhkəməsində "İnterpol"un Bakı Bürosunun rəisi Məmməd Mikayılov şahid qismində dindirilib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məmməd Mikayılov ifadə verərkən hakim məhkəmə iclasını qapalı elan edib. O, qərarını belə əsaslandırıb ki, DİN Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədov tərəfindən qətlə yetirilmiş Azər İsmayılovla bağlı epizodlar üzrə ifadələ yalnız qapalı məhkəmə iclasında alınmalıdır. Məmməd Mikayılov da həmin epizod üzrə keçir.

Qeyd edək ki, Azər İsmayılov itkin düşdüyü və qətlə yetirildiyi vaxt Məmməd Mikayılov Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Azər İsmayılov Xətai rayonu ərazisində itkin düşdüyü üçün Məmməd Mikayılov da onun itkin düşməsi ilə bağlı yaradılmış istintaq qrupunun üzvü olub. Hacı Məmmədovun həbsindən sonra isə məlum olub ki, Azər İsmayılov Xətai rayonu ərazisində itkin düşməsi ilə yanaşı elə həmin rayon ərazisindəki ünvanlardan birində - yəni Hacı Məmmədovun həyat yoldaşı və banda üzvü olan Nailə Quliyevanın mənzilində qətlə yetirilib.

Xəbər lenti

Xəbər lenti