...

Futbol üzrə dünya çempionatının bəzi oyunları T.Bəhramov adına Respublika stadionundan başqa yerə keçirilə bilər

Cəmiyyət Materials 5 Dekabr 2006 16:21 (UTC +04:00)

Futbol üzrə dünya çempionatının növbəti turunun bəzi oyunları T.Bəhramov adına Respublika stadionundan başqa meydana keçirilə bilər.

AFFA-nın yarışların keçirilməsi üzrə Departamentinin başçısı Məlik Həsənovun Trend ə verdiyi xəbərə görə, bu yaxınlardakı şiddətli yağışlar stadionun qazonunun keyfiyyətinə güclü təsir göstərib və oranı palçığa çevirib. Ona görə də "Karvan" və "Şahdağ"la oyuna hazırlaşan "Bakı" və "İnter" çox ehtimal ki, ölkənin əsas idman meydanında oynamayacaqlar. "Bu məsələ qəti olaraq bir qədər sonra, milli birinciliyin on üçüncü turunun startına yaxın aydın olacaq. Həm də komandaların yaxın təqvim görüşləri dekabrın 8-9-da keçiriləcək", - deyə M.Həsənov bildirib.

Xatırladaq ki, qış çempionunun qeyri-rəsmi adını artıq "Xəzər" klubu vaxtından əvvəl qazanıb. Komanda birinci dairənin bitməsinə bir dövrə qalmış rəqiblərini beş xal qabaqlayır.

Xəbər lenti

Xəbər lenti