...

Ələtdə hidrometeoroloji stansiya açılacaq

Cəmiyyət Materials 21 Dekabr 2006 15:53 (UTC +04:00)

Dekabrın 22-də Ələtdə hidrometeoroloji stansiyanın açılış olacaq. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətnin rəhbəri Gülşən Hüseynovanın Trend ə bildirdiyinə görə, 2004-cü il 28 yanvarda ölkə prezidenti İlham Əliyev "Azərbaycan respublikasının hidrometeoroloji inkişafı haqqında" Dövlət Proqramını təsdiq edib.

G.Hüseynova qeyd edib: "Bu proqram Azərbaycan ərazisində mövcud olan bütün meteoroloji stansiyaların yenidən qurulmasını nəzərdə tutur. 1892-ci ildə tikilmiş Ələt hidrometeoroloji stansiya yenidən qurulmuş növbəti obyektdir".

Xəbər lenti

Xəbər lenti