...

MOK-un vitse-prezidenti: "Azərbaycanda antidopinq laboratoriyasının yaradılması gələcəyin işidir"

Cəmiyyət Materials 23 Dekabr 2006 11:53 (UTC +04:00)

"Azərbaycanda xüsusi antidopinq laboratoriyasının yaradılması bizim üçün gələcəyin işidir". Bu barədə Trend ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yaxın vaxtlarda mərkəzin yaranma imkanları barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu gün məsələ çox çətin həll olunandır və iş təkcə bahalı layihədə deyil. "Bütün problem sertifikat almaq məsələsindədir ki, buna nail olmaq asan deyil. Əks halda maliyyə imkanları olan istənilən ölkə öz laboratoriyasını tikərdi. Hazırda məhdud sayda dövlətlərin sertifikatlı laboratoriyası və tədqiqatlar aparmaq hüququ var" - deyə Ç. Hüseynzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti