...

"AzərReyl"in qadın voleybolçuları İsveçrəyə turnirə yola düşüblər

Cəmiyyət Materials 25 Dekabr 2006 13:00 (UTC +04:00)

"AzərReyl" qadın klubu İsveçrəyə yola düşüb, onlar burada dekabrın 27-də başlanacaq ənənəvi "Top Iolley International-2006" turnirində iştirak edəcəklər.

Trend məlumat verir ki, yarışda İsveçrə çempionu "Volero", Braziliya çempionu "Reksona Ades Rio-de-Janeyro", Fransanın güclü klubu "Kann", İspaniya Superkubokunun sahibi "Mursiə" və Almaniya çempionatnın gümüş mükafatçısı "Rote Raden Vilğsberburq" iştirak edəcək. Yarış qrafikinin ödənişli olmasına baxmayaraq, Faiq Qarayevin yetirmələri yarış təşkilatçılarının təklifinə cavab vermək və Köhnə Dövrün ən yaxşı klubları ilə güclərini sınamaq qərarına gəliblər.

Xatırladaq ki, "AzərReyl" Çempionlar Liqasında çxış edir, burada oynanılmış dörd turdan sonra qrupda ikinci yeri tutur və "pley-off"a çıxmaq üçün gözəl imkanları var.

Xəbər lenti

Xəbər lenti