...

Cüdo üzrə Norveç çempionu Bakıda toplantı keçirəcək

Cəmiyyət Materials 19 Yanvar 2007 16:11 (UTC +04:00)

Norveçin Cüdo üzrə ikiqat dünya çempionu Martin Tibili Bakıda mövsümün məsuliyyətli yarışına hazırlıq məqsədilə təlims məşq toplanışı keçirəcək. Trend in verdiyi xəbərə görə, idmançı paytaxta tatami üstündə mübarizədə azərbaycanlı ustaların yüksək klassını diqqətə alaraq xüsusilə gəlib. Hazırda o, bizim mütəxəssislərin rəhbərliyi altında inadla məşq edir və şimal ölkələrinin çempionatında, ölkə birinciliyində, həmçinin Danimarkada fevraldakı beynəlxalq turnirdə çıxış etməyi planlaşdırır.

Qeyd etmək lazımdır ki, bu, Martinin respublikaya, yarışlarına üçüncü səfəridir. Burada o, respublikanın güclü cüdoçuları ilə sparrinqlər keçirə bilər. Bununla belə, onunla birgə artıq uzun illər ərzində Bakıda məşq edən Norveçin güclü cüdoçusu Kiril Yoxansen məşq edir. O, bu şimal ölkəsinin Azərbaycandakı səfirliyinin birinci katibidir.

Xəbər lenti

Xəbər lenti