...

Strasburqda Xocalı faciəsinin ildönümü geniş şəkildə qeyd edilib

Cəmiyyət Materials 26 Fevral 2007 19:43 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Strasburqda fəaliyyət göstərən " Azərbaycan Evi", Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti və Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə fevralın 24-də mitinq kecirilib. Strasburqun mərkəzi meydanlarından biri olan "Broqli" meydanında keçirilən mitinqdə Heydər Əliyev Fondunun göndərdiyi fotoşəkil ve rəsm əsərləri nümayiş olunub ve fondun fransız dilinde hazırladığı "Qarabağ həqiqətləri" adlı kitabçalar paylanılıb. "Köçəryan canidir!", "İşğalçılara ar olsun!" kimi şüarlar səsləndirilən mtinqdə Xocalı faciəsinin öz siyasi qiymətini tapması üçün Beynəlxalq Cinayət Tribunalına, Avropa Şurası və Avropa İttifaqına ünvanlanmış müraciətlərə imza toplanmışdır.

Strasburqun Eyyub Sultan məscidində isə Xocalı faciəsində həlak olanların ruhlarına dualar oxunub və bütün müsəlmanların bu cür mövzularda birlik olmaları söylənib.

Üç saat davam eden mitinqdə Strasburq, Kolmar, Muluz ve diger ətraf şəhərlərdə yaşayan azerbaycanlılarla yanaşı, türk dərnək ve təşkilatları da iştirak edib.

Xəbər lenti

Xəbər lenti