...

Binəqədi rayon məhkəməsi Abbas Mustafayev barəsində hökm çıxarıb

Cəmiyyət Materials 2 Mart 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 2-də Binəqədi rayon məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə Müstəqil Azərbaycan Universitetinin (MAU) rektoru Abbas Mustafayev, mühasib Esmira Eyvazova və xəzinədar Şirin Əsgərovanın məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən verilən məlumata görə, bu gün keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək A.Mustafayevə 2 il müddətinə azdlıqdan məhrum etmə cəzasının verilməsini, vurulmuş ziyan ödənildiyi üçün digər 2 nəfər təqsirləndirilən barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işinə xitam verilməsini istəyib. Məhkəmənin hökmü ilə E.Eyvazova və Ş.Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işinə xitam verilib, A.Mustafayev isə şərti maliyyə vahidinin 2000 misli məbləğində cərimələnib.

Qeyd edək ki, A.Mustafayev uzun müddətdir xəstə və stasionar müalicədə olduğundan proses qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Xatırladaq ki, rektor A.Mustafayev, mühasib E.Eyvazova, xəzinədar Ş.Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. A.Mustafayev barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti