...

Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinə qarşı iddia üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 19 Aprel 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə bu gün Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsinə qarşı hüquqşünaslar İntiqam Əliyev və Ənnağı Hacıyevin iddiası üzrə hazırlıq iclası keçirilib. Əliyev cümə axşamı bildirib ki, iş üzrə məhkəmə baxışı mayın 1-ə təyin olunub.

İddiaçılar cavabdehlər tərəfindən ədalətli məhkəmə araşdırması, informasiya almaq, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulduğunu iddia edirlər.

Cavabdehlərə qarşı iddianın qaldırılmasına əsas onların Vəkillər Kollegiyasına qarşı iddialarını qanunsuz olaraq qəbul etməkdən imtina edən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərinə baxmamasıdır.

Hüquqşünaslar onları Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edən həmin qurumun Rəyasət Heyətinin qanunsuz qərarından 2005-ci ilin sonunda Nəsimi rayon məhkəməsinə şikayət veriblər. Məhkəmə ərizələri iddianın yolverilməzliyinə görə geri qaytarıb. Bu qərarı Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb.Hüquqşünaslar cavabdehlərin onların müraciətlərinə baxmaqdan imtinasının qanunsuz sayılmasını xahiş ediblər. Həmçinin informasiya sorğularına cavab verməkdən imtina edən Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının üzərinə sorğuları cavablandırmaq vəzifəsinin qoyulması istənilib.

Xəbər lenti

Xəbər lenti