...

Məhkəmə "Azadlıq" qəzetinin əməkdaşı barədə hökmü qüvvədə saxlayıb

Cəmiyyət Materials 24 Aprel 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidovun (Mirzə Sakit) barəsindəki məhkəmə hökmündən verilən kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə hakim Nəriman Hüseynovun sədrliyi ilə proses keçirilib. Sakitin vəkili Vüqar Xasayev çərşənbə axşamı bildirib ki, məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb. Prosesdə Sakit iştirak etməyib.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

O, dünən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil yaxın günlərdə Sakitlə görüşəcəyini bildirib

Xəbər lenti

Xəbər lenti