...

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədrinin apellyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 25 Aprel 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Rizvan Talıbovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinin qərarından verilmiş şikayət Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul olunub. Apellyasiya Məhkəməsindən çərşənbə günü Trend ə verilən məlumata görə, apellyasiya şikayəti hakim Ramella Allahverdiyevanın icraatına verilib. Şikayətə nə vaxt baxılacağı hələlik məlum deyil. Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Talıbov barəsində Sumqayıt şəhər məhkəməsi 2 aylıq həbs cəzası seçib. O, hazırda Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

Talıbovun vəkili Telman Novruzzadə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs saxlanma şəraitindən şikayətçi deyil. Onun səhhəti ilə bağlı hələlik bir problem yoxdur.

Talıbov barəsində qonşusu Sumqayıt Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti