...

Azərbaycan ilk dəfə Venesiya müasir incəsənət sərgisində iştirak edəcək

Cəmiyyət Materials 25 Aprel 2007 19:05 (UTC +04:00)
Azərbaycan ilk dəfə Venesiya müasir incəsənət sərgisində iştirak edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan tarixdə ilk dəfə olaraq Venesiya müasir incəsənət sərgisində iştirak edəcək. Sərgi iyulun 6-da açılacaq və 3 ay davam edəcək. Bu barədə çərşənbə günü mətbuat konfransında Azərbaycanın mədəniyyət naziri Əbülfəz Qarayev məlumat verib. "Azərbaycan Venesiyada rəssamlıq və təsviri sənətin tam formasında deyil, bir sıra ölkələrdə nümayiş etdirilmiş cavan avanqard rəssamların konstruktiv, konseptual əsərləri ilə təmsil olunacaq" - deyə nazir bildirib.

Qarayevin sözlərinə görə,Venesiya sərgisinin təşkilatçıları artıq Azərbaycanın iştirakı barədə elan edib. "Venesiya sərgisi - dünyanın müasir təsviri sənətinin böyük forumudur, buna görə də hər bir yeni iştirakçı ölkə sərgi təşkilatçılarının maraq predmetidir" - deyə Qarayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti